EN

Tramp Starmerin Mandelson işi ilə bağlı qərarını tənqid edib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

"Böyük Britaniya Baş naziri Vaşinqtondakı səfirini seçərkən səhv qərar verdiyini etiraf etdi”

ABŞ Prezidenti Donald Tramp Britaniya Baş naziri Keir Starmerin maliyyəçi Ceffri Epşteynə hökumət məlumatlarını ötürməkdə şübhəli bilinən Peter Mandelsonu Böyük Britaniya səfiri təyin etmək qərarını tənqid edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

"Böyük Britaniya Baş naziri Keir Starmer Vaşinqtondakı səfirini seçərkən səhv qərar verdiyini etiraf etdi. Razıyam, bu, həqiqətən uğursuz bir seçim idi", - deyə qeyd edib.

Amerika lideri vurğulayıb ki, Starmerin vəziyyəti düzəltmək üçün "bol" vaxtı var.

Mandelsonun həbsi 23 fevralda elan edilib. Bildirilib ki, hər hansı bir qanun pozuntusunu inkar edən keçmiş səfir dindirilmək üçün polis bölməsinə aparılıb.

Starmer ötən il sentyabrın 11-də Epşteynlə əlaqələrinə görə Mandelsonu Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib. E-poçtlar göstərir ki, onun maliyyəçi ilə münasibətlərinin dərinliyi və miqyası təyin olunduğu vaxt məlum olanlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
ayna.az

1Sources