EN

İran münaqişəsi zamanı 80-dən çox enerji obyektinə ziyan dəyib

Bakı.Trend:

İran münaqişəsi nəticəsində 80-dən çox enerji obyektizədələnib.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq EnerjiAgentliyinin (BEA) rəhbəri Fatih Birol məlumat verib.

“Yaxın Şərqdə baş verən hücumlar nəticəsində 84 enerji obyektizədələnib, onlardan 34-ü ciddi və ya çox ciddi ziyan görüb”, – o,Türkiyənin Anadolu agentliyinə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobaliqtisadiyyatın enerji təhlükəsizliyi üçün ciddi təhlükəyaradır.

Birol xatırladıb ki, bu boğazdan gündəlik təxminən 13 milyonbarel neft daşınır, halbuki dünya üzrə gündəlik tələbat 100 milyonbarel təşkil edir.

O əlavə edib ki, münaqişə müddətində təbii qazın dünyabazarlarına tədarükündə itkilər təxminən 100 milyard kubmetrsəviyyəsindədir.

“Hörmüz boğazı dərhal bütün tərəfləri qane edəcək şəkildə açılsabelə, neft və təbii qaz tədarükünün qısa müddətdə müharibədənəvvəlki səviyyəyə qayıdacağını gözləmək həddindən artıq nikbinlikolardı. Bu (zədələnmiş) müəssisələrdə istehsalın normal səviyyəyəqaytarılması üçün ən azı iki il, bəzi hallarda isə iki ildən dəartıq vaxt tələb oluna bilər”, – BEA rəhbəri bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Chosen
32
az.trend.az

1Sources