Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda metronun fəaliyyətində yaranan nasazlıqlar səbəbindən sərnişinlərin taksilərə yönəlməsi nəticəsində qiymətlərdə artım müşahidə olunur.
Milli.Az xəbər verir ki, metroda yaranan fasilələr ictimai nəqliyyatdan istifadə edənlərin alternativ nəqliyyat vasitələrinə müraciətini artırıb. Bu vəziyyət taksi xidmətlərinə tələbi yüksəldib və qiymətlərin bahalaşmasına səbəb olub.
Sərnişinlər isə şəhər daxilində hərəkətin çətinləşdiyini və xərclərin artdığını bildirirlər.
Hazırda taksi şirkətləri pik vaxtı 6 manata olan məsafə üçün 14 manata sifariş qəbul edirlər.

Ayxan
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.