EN

Formalaşan yeni güc mərkəzi yaxın zamanda Avrasiya məkanında söz sahibinə çevriləcək ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün dünyada diplomatiya ilə konsensus əldə edib qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaqla dövlətlər uğur qazana bilər. Müasir dünyada davam edən gərgin geosiyasi proseslərdə təkbaşına inkişaf istiqamətində addımlamaq çox çətindir. Hətta ABŞ və Rusiya kimi böyük dövlətlər də müttəfiqsiz girdikləri hərbi əməliyyatlardan çıxa bilmirlər ki, bu da onları zəiflədir. Lakin müttəfiqlik əlaqələrinin qurulması və inkişafı dövlətlərə inkişaf perspektivi vəd edir. Antalya Diplomatiya Forumu da məhz bu müttəfiqlik əlaqələrinin qurulması üçün mühüm platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin “Vətən” partiyasının iqtisadi-siyasət bürosunun rəhbəri, ekspert Hakan Topkurulu deyib.

Onun sözlərinə Yaxın Şərqdəki gərginlik Türkiyəyə mənfi təsir göstərir. Lakin Türkiyə regionun aparıcı dövləti olaraq praqmatizmə daha çox üstünlük verir. Azərbaycan ilə əlaqələrin daha da inkişafı və əməkdaşlıq əlaqələrinin artması təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli olar. Forumda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Türkiyə arasında əlaqələrin bərpası prosesinin Azərbaycan ilə koordinasiyalı şəkildə aparıldığını bəyan etməsi strateji müttəfiqlik əlaqələrinin faydasını göstərdi. 150-dən çox ölkədən 500-dən çox yüksək səviyyəli rəsmi şəxsin qatılacağı forumda diqqət çəkən əsas məsələ Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü oldu. Geosiyasi proseslərin davamı kimi Yaxın Şərqdə vəziyyətin müharibə həddinə gəlib çatması region dövlətlərini dərin düşünməyə vadar edir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir regionda maraqları olan nüfuzlu dövlətlərdir. Onlar yarana biləcək gərginliyə qarşı birlikdə çıxış etmək qərarına gəliblər və aydın şəkildə, qlobal miqyaslı təhdidlərin qarşısını ayrı-ayrılıqda almağın çətin olduğunu bilirlər.

Türkiyə və Pakistanın hərbi gücü, Səudiyyə Ərəbistanının dünya enerji bazarına təsir etmək imkanı, Misirin isə Süveyş kanalı vasitəsi ilə dünya ticarətini nəzarətdə saxlamaq imkanları, formalaşan ittifaqın regiondakı proseslərə təsir etmək gücünün olacağını deməyə əsas verir. Azərbaycan isə bu dövlətlərlə çox yaxın strateji əməkdaşlıq əlaqələrinə malikdir. Perspektivdə Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə Azərbaycan güclü müttəfiqlərinin dəstəyini qazanacaq”, - deyə H. Topkurulu əlavə edib.

Azərbaycan və Türkiyə üçün Antalya Diplomatiya Forumunun əhəmiyyətli olduğunu deyən ekspert, qeyd edib ki, formalaşan yeni güc mərkəzi yaxın zamanda Avrasiya məkanında söz sahibinə çevriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
azertag.az

2Sources