EN

“Özünə sadiq ömür: Anarsız 15 il” - Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı.Trend:

21 aprel 2026-cı il tarixində Bakı Kitab Mərkəzində Azərbaycanictimai-siyasi və mədəni həyatında silinməz iz qoymuş AnarMəmmədxanovun xatirəsinə həsr olunan “Özünə sadiq ömür: Anarsız 15il” adlı tədbir keçirilib.

Trend xəbərverir ki, tədbir görkəmli ictimai xadimin vəfatının 15-ci ildönümümünasibətilə təşkil olunub. Gecənin əsas məqsədi Anar Məmmədxanovunzəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə,yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir dahaxatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq idi.

Tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət vəincəsənət sahəsinin tanınmış simaları, eləcə də Anar Məmmədxanovuyaxından tanıyan şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Murad Dadaşov Anar Məmmədxanovlabağlı xatirələrini bölüşərək onların dostluğundan, birgəfəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib.

“Bu gün hər birimiz üçün çox vacib tarixlərdən biridir. Bizimüçün sarsıdıcı hadisədən 15 il ötür. 15 il hansı sürətlə ötdü,keçdi özümüz də anlamadıq. Anar Məmmədxanovun itkisi ilə sanki onundövründə formalaşan, rəhbərlik etdiyi komandanın üzvlərindən,ailəsindən, övladlarından dəyərli hədiyyə alınmış kimi olub.

Anar dəyərlərimizə çox ciddi yanaşırdı. O, həmişə mütaliə içindəolub. Bütün bunlarla yanaşı deyib-gülən insan idi. Qarabağlı idi vəQarabağın qaytarılması ən böyük arzusu olub. Həyatının ən böyükfaciəsinin Xocalı olduğunu deyirdi. Bu gün Anarın ruhu şaddır, obizi göylərdən görür. Ümidvaram ki, Anarın övladları və nəvələriAzərbaycan tarixində Anar qədər bir ad imzalayacaqlar”.

Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək onunhəyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb.

“Bu gün burada iştirak edən hər kəs doğma insanlardır. Keçmişillərdə də həmin insanlar bizə çox yaxın idi”.

Ardınca kitabın müəllifi Elmira Axundova çıxış edərək AnarMəmmədxanovun həyatına həsr olunmuş “Kapitanın taleyi” əsəri barədəməlumat veriv. Qeyd olunub ki, kitab Azərbaycan dilinə tərcüməedilib.

Tədbirdə çıxış edənlər arasında Anar Məmmədxanovun oğlu İslamMəmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq babaolduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığınıbildirib. Eyni zamanda atasının vətənə bağlılığından danışaraqAzərbaycanın bayrağını daim uca tutmağın vacibliyinivurğulayıb.

“Atamın vəfatından artıq 15 il keçir. Atam üçün bu illərdəəlamətdar sayılan hadisələr baş verib. Onun 3 nəvəsi var. Qarabağarzusu həyata keçib. Qarabağımız artıq azaddır, dirçəlir. Məncəonun indi ruhu azaddır. Anam da həmişə atamın adını yüksək qoruyubsaxlayıb. Anar Məmmədxanovun övladı olmaq mənim üçün böyükşərəfdir”.

Millət vəkili Asim Mollazadə və Dövlət İmtahan Mərkəzinin sədriMəleykə Abbaszadə də çıxış edərək Anar Məmmədxanovun zənginirsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər.

Məleykə Abbaszadə çıxışında qeyd edib ki, Anar Məmmədxanovməşhur "KVN"şik və siyasətçidir.

“Qızlarım məktəbdə təşkil edilən KVN-də iştirak edirdilər.Övladlarımla ünsiyyətdə olanları yaxşı tanıyırdım. Cabir İmanovqızlarımla bir sinifdə idi. Övladlarım üçün Anar bir kumir idi.Onun ölüm günü ailəm çox sarsıntı keçirib. Anar hər şeyi bacarmağaqadir insan olub. Anarın itkisi bizim üçün birinci faciə idi, sonraCabiri də itirdik. Cavanlar ölməməlidir, lakin bu həyatda beləhadisələr baş verir. Anarı reallıqda görən uşaqlar artıq 50 yaşınaçatıblar. Bu mənada Anar haqqında kitabın mövcudluğu çoxvacibdir”.

Kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı AnarMəmmədxanovun əzimkarlığı və böyük şəxsiyyət olmasındandanışıb.

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayişolunub.

Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanovhaqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəkiəvəzsiz rolunu bir daha vurğulayıblar.

“Özünə
“Özünə
“Özünə
“Özünə
“Özünə
“Özünə
Chosen
46
1
az.trend.az

2Sources