EN

Agentlik: Qəhvəyi mərmər bağacığı ilə bağlı “Qaynar xətt”ə zəng edin

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.

Qeyd edək ki, “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir.

Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər:

+994 99 708 85 88 (Qərb rayonları üzrə)

+994 99 308 85 88 (Şimal qərb rayonları üzrə)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
88
1
azertag.az

2Sources