EN

Barat Vüsalın yaradıcılıq gecəsi keçiriləcək

ain.az bildirir, Kulis.az portalına istinadən.

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, tanınmış şair Barat Vüsalın 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir aprelin 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Yubiley gecəsində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin iştirakı, şairin zəngin yaradıcılığı barədə çıxışlar və onun sevilən şeirlərinin səsləndirilməsi nəzərdə tutulur.

Bütün poeziya sevərlər, şairin oxucuları və ədəbiyyat pərəstişkarları tədbirə dəvətlidir.

Qeyd edək ki, yaradıcılıq gecəsinə giriş sərbəstdir.

Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlandı

"Yatmayan səslər: 26..., 7..., 13..." - İlqar Rəsulun yeni hekayəsi

Ankara Hacı Bayram Vəli Universitetində azərbaycanlı müəlliflərlə görüş keçiriləcək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
1
kulis.az

2Sources