EN

Makron Ermənistana gəlir: Məqsədi nədir?

Fransa prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanla Fransanın İrəvandakı səfiri Olivye Dekottinyi arasında keçirilən görüşdə məlumat verilib.

Ermənistan hökumətinin mətbuat xidmətinin açıqlamasında deyilir: "Baş nazirin müavini xüsusilə 4 mayda İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitinin, eləcə də Fransa Prezidenti Emmanuel Makronun ertəsi gün Ermənistana gəlişinin əhəmiyyətini vurğuladı".

Görüş zamanı tərəflər ikitərəfli gündəlikdəki bir sıra məsələləri, o cümlədən Fransanın Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Sisyan-Kacaran yol hissəsinin tikintisində iştirakını müzakirə ediblər.

Chosen
45
3
publika.az

5Sources