EN

15 yaşlı "𝑻𝒓𝒂𝒗𝒆𝒍 & 𝑻𝒐𝒖𝒓𝒊𝒔𝒎"

15 yaşlı "𝑻𝒓𝒂𝒗𝒆𝒍 & 𝑻𝒐𝒖𝒓𝒊𝒔𝒎"

Azərbaycan turizm bazarının aparıcı şirkətlərindən biri olan "𝑩𝒂𝒌𝒖 𝑻𝒓𝒂𝒗𝒆𝒍 & 𝑻𝒐𝒖𝒓𝒊𝒔𝒎", fəaliyyətə başlamasının 15-𝒄𝒊 𝒊𝒍𝒅𝒐̈𝒏𝒖̈𝒎𝒖̈𝒏𝒖̈ 𝒒𝒆𝒚𝒅 𝒆𝒅𝒊b. Ötən illər ərzində şirkət yerli və beynəlxalq turizm sahəsində etibarlı tərəfdaş və keyfiyyətli xidmət simvoluna çevrilməyi bacarıb.

AFN.az xəbər verir ki, ​15 il əvvəl təməli qoyulan "𝑩𝒂𝒌𝒖 𝑻𝒓𝒂𝒗𝒆𝒍 & 𝑻𝒐𝒖𝒓𝒊𝒔𝒎" minlərlə insanın səyahət xəyallarını gerçəkləşdirən, Azərbaycanın turizm potensialını dünyaya tanıdan, nüfuzlu bir quruma çevrilib. Şirkətin bu günə qədər əldə etdiyi uğurların arxasında isə peşəkar və gülərüz kollektivin gərgin əməyi dayanır. Hər bir müştərinin ehtiyacına fərdi yanaşan və hər zaman yüksək xidmət səviyyəsini qoruyan komanda şirkətin uğur düsturunun ən mühüm parçasıdır.

​Şirkətin rəhbəri və turizm mütəxəssisi Ə𝐳𝐢𝐳 𝐒̧𝐢𝐫𝐢𝐲𝐞𝐯 bildirib ki, 15 il əvvəl kiçik bir heyətlə yola çıxanda qarşımıza tək bir məqsəd qoymuşduq: insanların səyahət təcrübəsini unudulmaz etmək: "Bu gün geriyə dönüb baxanda görürük ki, biz sadəcə bilet və hotel sifarişləri ilə məşğul olmamışıq, biz insanların xatirələrini formalaşdırmışıq. Bu uğurda əməyi olan hər bir əməkdaşımıza, bizə etibar edən müştərilərimizə və ən əsası, bizi tək qoymayan dəyərli partnyor və tərəfdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Bizim ən böyük gücümüz – peşəkar kollektivimizin gülərüzlülüyü və partnyorlarımızın sarsılmaz etibarıdır".

Qeyd edək ki, ​"𝑩𝒂𝒌𝒖 𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑻𝒐𝒖𝒓𝒊𝒔𝒎" 15 𝒊𝒍 ərzində həm yerli, həm də xarici partnyorları ilə strateji əməkdaşlıqlar quraraq, ölkəyə turist axınının artmasına mühüm töhfələr verib.Eyni zamanda şirkət gələcək illərdə də innovativ həllər və rəqəmsal turizm alətləri ilə xidmət keyfiyyətini daha da təkmilləşdirməyi, yeni istiqamətlər üzrə əməkdaşlıqlarını genişləndirməyi hədəfləyir.

Chosen
47
3
afn.az

4Sources