EN

TƏCİLİ! Prezident FƏRMAN İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998; 2025, № 4 (I kitab), maddə 333, № 7, maddə 646, № 8, maddə 761) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 3.2.5-1-ci yarımbənd əlavə edilsin:

“3.2.5-1. ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 aprel 2026-cı il

Chosen
8
nocomment.az

1Sources