EN

Trampın reytinqi tarixi minimum səviyyəyə düşüb Yeni sorğunun nəticələri açıqlandı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın reytinqi aşağı səviyyədə qalmaqda davam edir. Bu barədə Reuters və Ipsos tərəfindən birgə aparılan sorğunun nəticələrində deyilir. Aprelin 10–12-də keçirilən sorğuya əsasən, respondentlərin yalnız 36 faizi Trampın fəaliyyətini müsbət qiymətləndirib.

Sorğuda iştirak edənlərin 51 faizi isə son bir il ərzində Trampın zehni və idrak qabiliyyətlərinin pisləşdiyini düşündüyünü bildirib. ABŞ Prezidentini “tarazlı insan” hesab edənlərin payı isə cəmi 26 faiz təşkil edib.

Araşdırmada son həftələrdə diqqət mərkəzində olan Papa XIV Leonun reytinqi də qiymətləndirilib. Nəticələrə görə, onun populyarlığı 60 faizə çatır və Trampın göstəricisindən xeyli yüksəkdir. 

Sorğunun müəllifləri bildirirlər ki, nəticələr ABŞ daxilində siyasi liderlərə münasibətdə kəskin ictimai bölünməni və etimad səviyyəsinin aşağı düşdüyünü göstərir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
azpolitika.info

1Sources