EN

Peşə təhsili pilləsində son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artırılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Cəmiyyətdə hər kəsin mütləq ali təhsil almalı olduğu ilə bağlı stereotiplər uzun illər ərzində formalaşıb və əsasən “uğur=diplom” yanaşmasına söykənib. Lakin son illərdə peşə təhsili sahəsində əldə olunan real nəticələr bu düşüncənin artıq dəyişdiyini göstərir. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına artan ehtiyac praktiki bacarıqların əhəmiyyətini ön plana çıxarır. Dövlət səviyyəsində həyata keçirilən islahatlar və statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Məsələn, yalnız son illərdə peşə təhsili müəssisələrinə qəbul sayında əhəmiyyətli artım müşahidə olunub. 2024/2025-ci tədris ilində 24 mindən çox, 2025/2026-cı ildə isə 27 mindən artıq şəxs bu təhsil pilləsini seçib. Dövlət sifarişli yerlərin son 4 ildə 64 faiz artması da bu sahəyə marağın və etimadın yüksəldiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Aytən Səfərəliyeva deyib. O bildirib ki, peşə təhsilinin əmək bazarı ilə əlaqəsi xeyli güclənib: “Dual təhsil proqramları çərçivəsində tələbələrin böyük hissəsi təhsil müddətində real iş mühitində bacarıqlar qazanır və məzunların əhəmiyyətli hissəsi iş təklifi alır. Məsələn, 2023-2024-cü tədris ilinin məzunları arasında yüzlərlə gənc işəgötürənlər tərəfindən işlə təmin olunub. Bu, peşə təhsilinin yalnız alternativ deyil, real və effektiv karyera yolu olduğunu göstərir. Uğur təkcə ali təhsil ilə ölçülmür. Peşə təhsili, praktiki bacarıqlar və fərdi istedadlar da eyni dərəcədə dəyərlidir və artıq cəmiyyətdə bu yanaşma getdikcə güclənir. Əsas məqsəd “hər kəs üçün eyni yol yoxdur” düşüncəsini formalaşdırmaqdır. Mövcud statistika və əldə olunan uğurlar sübut edir ki, insanlar maraq və qabiliyyətlərinə uyğun seçim etdikcə, ali təhsillə bağlı stereotiplər tədricən aradan qalxır və daha balanslı təhsil modeli formalaşır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
azertag.az

2Sources