EN

Ağdama növbəti köç olub

Ayna saytına istinadən ain.az xəbər verir.

332 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 21-də yola salınan növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

AYNA.AZ xəbər verir ki, bu gün 92 ailə olmaqla, 332 nəfər keçmiş məcburi köçkün Ağdam şəhərinə - doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
6
ayna.az

10Sources