B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur: "Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlanma sistemi, həm də digər infrastrukturun, o cümlədən sanitariya qurğusu kimi ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Qeyd etdiyim hadisə isə Bakı Metropoliteninin tunelində, kabeldə qısaqapanma nəticəsində baş verib".