EN

Donald Tusk: Rusiya Yaxın Şərqdəki münaqişədən faydalanır

Polşanın baş naziri Donald Tusk bildirib ki, Yaxın Şərqdəki müharibədən ən çox fayda əldə edən tərəflərdən biri Rusiya olub, bu isə Ukraynanın zəifləməsinə gətirib çıxarır. 

HİT.az xəbər verir ki, bu barədə STVR telekanalı məlumat yayıb.

“Polşa baxımından fakt ondan ibarətdir ki, İrandakı müharibənin açıq benefisiarı Putin və Rusiyadır", deyə Tusk qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi bəzi ölkələrin Ukraynaya yardım göstərmək əzminə təsir edib.

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Devid Petreus da Rusiyanın Yaxın Şərqdəki münaqişədən əhəmiyyətli fayda əldə etdiyini bildirmişdi. O, bunu enerji resurslarının satışından əldə olunan gəlirlərin artması, həmçinin Ukrayna üçün nəzərdə tutulmuş bəzi hava hücumundan müdafiə raketlərinin Yaxın Şərqə yönləndirilməsi ilə izah edib.

Petreusun sözlərinə görə, Qərb bu münaqişə fonunda “çox sayda yüksək keyfiyyətli sursatdan” istifadə etməli olub. Nəticədə, onun fikrincə, Rusiya Fars körfəzində baş verən hadisələrdən ciddi fayda qazanıb.

Samir
 

Chosen
2
hit.az

1Sources