Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 21 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayon, Cəhri qəsəbəsində fəaliyyət göstərən İsmayılov Zahid Kamil oğluna məxsus ictimai iaşə müəssisəsində aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilib.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı sanitar-gigiyenik normalara riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipinə əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, kustar üsulla hazırlanıb, üzərində heç bir etiket məlumatı olmayan kompot və turşulardan istifadə olunduğu, temperatur rejiminə əməl olunmadığı, kanalizasiya qurğularının çirklənmə riskinin yaranmasını istisna edəcək vəziyyətdə qurulmadığı müəyyən edilib.
Nöqsanlarla əlaqədar müvafiq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunub. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində dəfələrlə maarifləndirilmə aparılıb və müvafiq göstərişlər verilib. Tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.
Müxbir- Nail Əsgərov







Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.