EN

Azərbaycanda biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISOTS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin(biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə(biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartıqəbul edilib.

Trend bu barədəAZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standartın tətbiqi müəssisə və təşkilatlardabiznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təminetməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə,potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığınındaha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.

Qeyd edilib ki, sözügedən dövlət standartı AzərbaycanStandartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğunqiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə(AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativsənədlərin Dövlət Fonduna daxil edilib.

Məqalədə:
Chosen
52
13
az.trend.az

10Sources