EN

"Zirə" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

Bu gün və sabah Bizon ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Hər iki matç “CBC Sport”un, “Sabah” – “Qarabağ” qarşılaşması həm də “İdman”TV-nin efirində canlı yayınlanacaq,

Bizon ölkə kuboku
yarımfinal, cavab oyunu
21 aprel
Zirə – Turan Tovuz 0:0

Cəzali: yoxdu.
Hakimlər: ƏLİ ƏLİYEV, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.
İlk oyun – 2:0.

Cütün “Zirə”nin qələbəsiylə nəticələnən ilk qarşılaşması baş hakim Əliyar Ağayevin yanlış qərarlarıyla yadda qaldı. Sonradan üzə çıxdı ki, təcrübəli FİFA referisi “Turan Tovuz”un nə az, nə çox - iki penalti haqqını “yeyib”. O, səhvinin cəzasını çəkməkdə olsa da, “bozqurd” üçün vəziyyət dəyişməyib. Daha dəqiqi, komanda bu matçda azı iki top fərqiylə qalib gəlməyə məcburdu. O başqa məsələ ki, matçın penalti seriyasına qədər uzanmaması bölgə təmsilçisi üçün daha sərfəlidi.

Hər halda, komanda bu mərhələdə uğur qazana bilmir. “Zirə” isə rahatdı. “Qartallar” minimalhesablı məğlubiyyət yaşasa da, adını finala yazdıracaq. Yenə də ilk oyundakı üstünlüyün hakim səhvininnəticəsi kimi yadda qalmasına imkan verməmək lazımdı. Yəqin ki, Rəşad Sadıqov komandasını bu matça daha yaxşı hazırlayacaq, üstün oyun sərgiləmək üçün əlindən gələni edəcək. Onsuz da “qartallar” bu baxımdan daha təcrübəlidi. Komanda tarixində iki dəfə finala vəsiqə qazansa da, “Qarabağ”a uduzub. “Turan Tovuz” isə ilk dəfə bu uğura imza atmağa cəhd göstərəcək.

22 aprel
Sabah – Qarabağ

Cəzalı: yoxdu.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, “Bank Respublika Arena”. Saat 20.00.
İlk oyun – 2:2.

Heç şübhəsiz, bu oyun futbolsevərlər üçün əsl bayramdı. Lakin komandaların cəmi üç gün əvvəl qarşılaşdığını nəzərə alsaq, oyunçuların belə düşünmədiyinə əmin ola bilərik. Fiziki və psixoloji durum, yorğunluq öz yerində. Bu oyun hər iki kollektiv üçün o qədər əhəmiyyətlidi ki, meydanda sözün əsl mənasında can qoymalıdılar. Çünki “Sabah” tarixində ilk dəfə “qızıl dubl” etməyə, “Qarabağ” mövsümü titulsuz bitirməməyə, Avropa Liqasına gedən yolu hamarlaşdırmağa çalışacaq. Axı hazırda 2-ci pillədə olan “köhlən atlar” təkcə premyer-liqadakı mövqeyinə arxayın olub, finalda “Sabah”a azarkeşlik etməyi ağlına belə gətirmir.

“Köhlən” atlar 9 oyundu qalib gəlmədiyi rəqibə təslim olmaq istəməyəcək. Masazır təmsilçisi isə qətiyyən arxayınlaşmamalıdı. Öz aramızdı, “qızıl dubl” imkanı tez-tez ələ düşmür. Bəs, hansı komandanın gücü, istəyi, ehtirası qələbəni gətirəcək? Bunu yaşıl meydanda görəcəyik. Təcrübə “köhlən atlar”ın yanındadı. Bu yarışda 12 final oyunu keçirən ağdamlılar 8-də qələbə qazanıb. “Bayquşlar” isə yalnız ötənilki qalibdi. Özü də məhz “Qarabağ”ı məğlub ediblər...

KƏNAN BAHADIR

Chosen
68
20
football-plus.az

10Sources