Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Xalqartisti, görkəmli kino və teatr aktyoru Fəxrəddin Manafovla görüşkeçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilir ki, görüşdə Macarıstanda yaşayan soydaşlarımızlayanaşı, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və GürcüstanınMacarıstandakı səfirləri də iştirak ediblər.
Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli ömrününböyük hissəsini ölkəmizdə kino və teatr sahələrinin inkişafına həsredən Fəxrəddin Manafovla görüşün soydaşlarımız üçün xüsusi önəmdaşıdığını vurğulayıb. Bildirib ki, belə görüşlər millimədəniyyətimizin tanıdılması, gənclərin incəsənətə marağınıngücləndirilməsi baxımından mühüm rol oynayır, görkəmli aktyorunkino və teatra göstərdiyi misilsiz xidmətlər isə yeni nəsil üçünilham mənbəyidir.
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə vəsəlahiyyətli səfiri Tahir Tağızadə çıxışında Fəxrəddin Manafovunzəngin yaradıcılığından söz açaraq, onun müxtəlif ekran işlərindəvə teatr səhnələrində canlandırdığı xarakterik obrazlarla ölkəmizdəvə xaricdə geniş tamaşaçı sevgisi qazandığını qeyd edib. Xalqartistinin yaratdığı rolların milli kinomuzun və mədəniyyətimizininkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Daha sonra soydaşlarımızı maraqlandıran sualları cavablandıranFəxrəddin Manafov zəngin yaradıcılıq yolu, kino və teatr sahəsindəəldə etdiyi təcrübə, eləcə də mədəniyyətin cəmiyyətinformalaşmasındakı rolu ilə bağlı fikirlərini bölüşüb. O, sənətəolan sevgisini və sədaqətini uğurunun əsas amili kimidəyərləndirib, hər kəsə daim öz üzərində işləməyi və millidəyərlərə sadiq qalmağı tövsiyə edib. Xalq artisti göstərilənqonaqpərvərliyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən MacarıstanAzərbaycan Evinə, görüşə qatılan soydaşlarımıza minnətdarlığınıifadə edib.
Görüşdə, həmçinin Azərbaycan kinosundan, sənətkarın kinoda vəteatrda yaratdığı obrazlardan söhbət açılıb. Dövlətimizinmədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhsedilib.
Toplantıda Fəxrəddin Manafovun ifasında “Otello”nun monoloqu”videoçarxı göstərilib.
Mədəniyyət və incəsənət sahəsi üçün mühüm əhəmiyyət kəsb edəngörüş iştirakçılarda xoş və unudulmaz təəssüratlar yaradıb.