EN

Siyasətçilərin ömürlük maaşı kəsilə bilər

Slovakiya siyasətçilərə ömürlük maaş ödənilməsi qaydasının ləğv edilib-edilməyəcəyinə qərar vermək üçün referanduma gedir.

"Cebheinfo.az" xəbər verir ki, Slovakiya Prezidenti Peter Pelleqrini Baş nazir Robert Fiso və digər liderlərin vəzifə müddətləri başa çatdıqdan sonra ömürlük ödənişlərinin ləğv edilib-edilməyəcəyinə qərar vermək üçün yay aylarında referendum keçiriləcəyini bildirib.

Referendumun 4 iyulda keçirilməsi planlaşdırılır. Slovaklar əvvəllər ağır cinayətlər və korrupsiya halları ilə məşğul olan xüsusi prokurorluq orqanının yenidən açılıb-açılmamasını da səsvermə vasitəsilə müəyyən edəcəklər.

Ölkədə ən azı iki dönəm vəzifədə olmuş baş nazirlər və parlament sədrləri təhlükəsizlik tədbirlərinin bir hissəsi olaraq millət vəkili maaşına bərabər məbləğdə ömürlük aylıq ödəniş alırlar.

Müddətsiz ödəniş qaydası 2024-cü ildə seçkiönü tədbirdə güllələnərək ağır yaralanan Fisonun sui-qəsd cəhdinin ölkəni sarsıtması və Avropa miqyasında əks-səda doğurmasından sonra tətbiq olunmağa başlanmışdı. Bu tətbiq daha əvvəl yalnız keçmiş prezidentlərə şamil edilirdi.

2024-cü ildə Slovakiya deputatları Fisonun koalisiya hökumətinin korrupsiya, mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi ciddi cinayətlərlə məşğul olan xüsusi prokurorluğun ləğv edilməsi təklifini təsdiqləmişdilər.

Bundan əvvəl Fisonun partiyası ilə əlaqəli bir çox şəxs korrupsiya qalmaqalları səbəbindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Sözügedən qanun xaricdə kəskin tənqidlərlə qarşılanarkən, minlərlə slovak da etiraz əlaməti olaraq küçələrə axışmışdı.

Qeyd edək ki, Slovakiya tarixində yalnız bir referendum — 2003-cü ildə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü üçün keçirilən səsvermə uğurlu olub. Digərləri aşağı iştirak səviyyəsi səbəbindən uğursuzluqla nəticələnib.

Chosen
66
1
cebheinfo.az

2Sources