53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
Publika.az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Belə ki, aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən avtobus sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən olunub.