EN

“Liverpul” Slotla bağlı yekun qərarı verdi

“Liverpul”un baş məşqçisi Arne Slot növbəti mövsümə qədər klubdan ayrılmayacaq.

Publika.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, klub rəhbərliyi mütəxəssisə inanmağa davam edir. Çünki komanda hazırda çempionatın yekunlarına əsasən Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındır.

Ötən mövsüm Slot “Liverpul”u çempionluğa aparsa da, 2025/2026 mövsümünü komanda titul qazanmadan başa vuracaq.

Slotun ünvanına yönələn tənqidlərin əsas səbəblərindən biri isə yay transfer pəncərəsində 500 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, komandanın geriləmə nümayiş etdirməsi ilə bağlıdır.

Chosen
18
1
publika.az

2Sources