EN

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub (FOTO)

Bakı. Trend:

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyindəkeçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında DövlətXəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətitərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duranvəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Bu barədə Trend-ənazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlarınrəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri,Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyatakeçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadisabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib. Qeydolunub ki, bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsirgöstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.

2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsininicrasında müsbət dinamikanın davam etdiyini deyən S.Babayevbildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlərümumilikdə 9,6 milyard manat olub. Bu da proqnoza münasibətdə 5faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsininxərcləri isə 7,8 milyard manatdan çox olub.

İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildəgörülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib.Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icramüddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib,real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxışimkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb vəportal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatlarıvahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyənedilib.

Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarəolunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanınsürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyəəməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativliktəmin olunub.

İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmətpasportlarının yaradılmasına başlanılıb. Bu məqsədlə DövlətXəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiyaedilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çoxprosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmətpasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcətəşkilatlarının maarifləndirilməsinə, proseslərintəkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlartərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunuoynamasına xidmət edir.

Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektronsistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nıntəkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətingücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxtrejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətindətədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinəəməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət,monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi,proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmətpasportlarının hazırlanması işlərinin davam etdirilməsininvacibliyi vurğulanıb.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirəedilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatıüzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıltədbirlər həyata keçirilir. Aparılan yoxlamalar nəticəsindənormativ-hüquqi aktların tələblərinin pozulması halları, o cümlədənartıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiqtədbirlər görülür.

Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə¬¬¬¬157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyənolunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpaolunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsitəmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıqxərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyintələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizamtədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizəorqanlarına təqdim olunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinineffektivliyinin artırılması məqsədilə riskəsaslı yanaşma və müasirtəhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsiİnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldəolunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda,qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarınınhazırlanması, institusional potensialın artırılması və kadrtəminatının gücləndirilməsi istiqamətində sistemli işlər davametdirilir.

S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi,nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslıyanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davametdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsalinformasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyəpozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçünilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusiəhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrətədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icrayanəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərininaparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrinhazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlımüvafiq tapşırıqlar verib. Qeyd olunub ki, Mərkəzləşdirilmişİnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiqalt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərininplanlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlamasisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin vəeffektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühümtöhfə verəcək.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqlarınicra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimatnümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlərüzrə müvafiq qərarlar qəbul edilib.

Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Məqalədə:
Chosen
40
4
az.trend.az

10Sources