İranın ABŞ ilə aparılması planlaşdırılan növbəti danışıqlarda iştirak etməyəcəyi açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran çərşənbə günü Pakistanda keçirilməsi nəzərdə tutulan görüşə qatılmaqdan imtina edib. Bu qərarın detalları açıqlanmasa da, tərəflər arasında mövcud gərginliyin danışıqlar prosesinə təsir etdiyi bildirilir.
Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin də planlaşdırılan Pakistan səfərini ləğv edib. Onun bu addımı İranın danışıqlardan imtinası ilə əlaqələndirilir.
Musavat.com