EN

Sovet İttifaqı Qəhrəmanı vəfat etdi

Sovet İttifaqı Qəhrəmanı, təyyarə heyətini və sərnişinləri terrorçulardan xilas etdiyi üçün bu fəxri ada layiq görülmüş İvan Kaşinin vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bransk vilayəti hökuməti açıqlama yayıb.

İvan Kaşin 1973-cü ildə terrorçuların ələ keçirməyə çalışdığı təyyarənin komandiri olub. O, hadisə zamanı qəza siqnalı ötürməyə nail olub və ekstremal hava şəraitində təyyarəni məcburi enişə yönəldib. Pilot təyyarəni Moskvada yerə endirə bilib, bundan sonra həyata keçirilən hücum əməliyyatı nəticəsində terrorçular zərərsizləşdirilib.

Göstərdiyi qəhrəmanlıq, cəsarət və yüksək uçuş ustalığına görə İvan Kaşinə 19 dekabr 1973-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib./Publika.az

Chosen
25
2
bakivaxti.az

10Sources