EN

İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır

ABŞ vaxt qazanmağa və yeni hücuma hazırlaşmağa çalışdığı üçün Tehranla atəşkəsin uzadıldığını elan edib.

"Far.Az" xəbər verir ki, bu barədə İran parlamenti spikerinin müşaviri Mehdi Məhəmmədi "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İran limanlarının blokadasının davam etməsi bombardmandan heç nə ilə fərqlənmir.

"[ABŞ Prezidenti] Donald Tramp tərəfindən atəşkəsin uzadılması qəti şəkildə qəfil zərbə endirmək üçün vaxt qazanmaq deməkdir", - rəsmi şəxs qeyd edib.

Daha əvvəl Tramp İranla atəşkəs rejiminin uzadıldığını bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Chosen
135
50
far.az

10Sources