EN

Astanada Regional Ekoloji Sammit başlayır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qazaxıstanın paytaxtı Astanada "Dayanıqlı gələcəyə ortaq baxış" mövzusunda Regional Ekoloji Sammit - 2026 (RES 2026) öz işinə başlayır.Tədbirin təşkilatçılarının Demokrat.az-a verdiyi məlumata görə, sammit Mərkəzi Asiya ölkələrində ekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, habelə biomüxtəlifliyin qorunub saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.RES 2026 Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT və bir sıra digər beynəlxalq təşkilatlarla birlikdə təşkil olunub. Sammit ekoloji çağırışların aradan qaldırılmasına regional yanaşmanı əks etdirən birgə həll yollarının işlənib hazırlanmasına yönəlmiş ilk irimiqyaslı tədbirdir.Sammitdə Azərbaycan, İtaliya, Almaniya, Çin, Rusiya, Yaponiya və digərləri daxil olmaqla, 15 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.Tədbir çərçivəsində Tehran Konvensiyası üzrə nazirlər dialoqu keçiriləcək, onun yekunlarına əsasən, Xəzər dənizinin ekosisteminin qorunmasına yönəlmiş dövlətlərarası proqramın hazırlanması təşəbbüsünün təsbit ediləcəyi bəyannamənin qəbulu gözlənilir. Həmçinin BMT strukturunda Beynəlxalq Su Təşkilatının yaradılması üzrə məsləhətləşmələr planlaşdırılır. BMT-yə üzv dövlətlərin su qurumlarının, BMT-nin su mandatını həyata keçirən agentliklərin, eləcə də tədqiqat institutlarının rəhbərlərinin iştirakı gözlənilir.Aprelin 22-dən 24-dək keçiriləcək "RES 2026 EXPO Beynəlxalq "yaşıl" texnologiyalar sərgisi" sammitə mühüm praktik əlavə olacaq. Sərgidə Mərkəzi Asiyanın və müşahidəçi ölkə qismində Azərbaycanın pavilyonları təqdim ediləcək."RES 2026 EXPO"da 30 ölkədən 300-ə yaxın şirkət iştirak edəcək.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
2
demokrat.az

3Sources