EN

Trampın "TikTok"da "Qafqaz" mahnısının sədaları altında yeni videosu yayımlanıb - VİDEO

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə videoçarx yayımlayıb və həmin videonun musiqi müşayiəti kimi "Qafqaz" kompozisiyası seçilib.

Turkustan.az xəbər verir ki, görüntülər Birləşmiş Ştatların Administrasiyasının "TikTok" sosial şəbəkəsində yayımlanıb.

Kadrlarda Ağ Ev rəhbəri "Oklahoma State Cowboys" qolf komandasını improvizə edilmiş qolf çubuğunun zərbəsi ilə salamlayır.

Qeyd edək ki, "Yandex.Musiqi" platformasında yer alan kompozisiyanın məlumat kartında musiqi müəllifi olaraq Elbrus Canmirzəyev göstərilib. Sözügedən trek ifaçının "Brodyaga" mahnısı ilə eyni səsləşir və ehtimal ki, onun kompozisiyasından götürülmüş sempldir.

Xatırladaq ki, 2025-ci ilin payızında ABŞ prezidentinin komandası internetdə Trampın Skriptonitin treki altında qolf oynadığını əks etdirən başqa bir video da paylaşmışdı./oxu.az

Chosen
34
2
turkustan.az

3Sources