EN

BMT-dən ABŞ-İran atəşkəsinəDƏSTƏK

BMT baş katibi ABŞ-İran atəşkəsinin uzadılmasını alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik açıqlama verib.

Bildirilib ki, BMT-nin baş katibi Antonio Quterreş Vaşinqtonun İranla atəşkəsin müddətini uzatmaq qərarını müsbət qiymətləndirir. Məlumata görə, bu addım gərginliyin azaldılması və diplomatik səylərin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

“Bu, İranla ABŞ arasında gərginliyin azaldılması və diplomatiya və etimadın qurulması üçün vacib bir məkanın yaradılması istiqamətində atılmış mühüm addımdır”, – deyə Dujarrik bildirib.

O əlavə edib ki, bütün tərəflər atəşkəsi poza biləcək addımlardan çəkinməli və davamlı həllə nail olmaq üçün danışıqlarda konstruktiv iştirak etməlidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “Truth Social” platformasında İranla aprelin 22-də başa çatması planlaşdırılan atəşkəsin müddətini uzadacağını açıqlayıb.

Qeyd edək ki, İran Məclisi sədrinin müşaviri Mehdi Məhəmmədi isə bu addımı tənqid edərək, atəşkəsin uzadılmasını Vaşinqtonun yeni hücum hazırlığı üçün hiylə adlandırıb və ABŞ-nin şərt diktə edə bilməyəcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
85
50
redaktor.az

10Sources