DİM mayın 10-da sınaq imtahanı keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun təşkil olunacaq və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçirilən yeganə sınaq imtahanıdır.
Qeyd olunub ki, imtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.
“Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələri tövsiyə olunur”, – deyə məlumatda bildirilib.
Məlumata görə, sınaq imtahanına qeydiyyat bu gün başa çatır və iştirakçılar saat 23:59-dək müraciət edə bilərlər.
İmtahana yazılmaq üçün ekabinet.dim.gov.az portalında “şəxsi kabinet” yaradılmalı, hesab bölməsinə 40 manat vəsait yüklənməli və daha sonra qeydiyyat linki vasitəsilə sistemə daxil olaraq imtahan yeri, bölmə və ixtisas qrupu seçilməlidir.