EN

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi də ciddi təsir göstərir.

 

Herbiand.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə çıxışında bildirib.

 

“Məlum olduğu kimi, regionumuz qarşısında duran ən ciddi çağırışlardan biri Xəzər dənizi səviyyəsinin sürətlə aşağı düşməsidir. Azərbaycan bu çağırışa qarşı effektiv mübarizə aparmaq məqsədilə Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Bu baxımdan qeyd etmək istərdim ki, Azərbaycanın təşəbbüsü ilə Xəzərin səviyyəsinin azalmasının səbəblərinin öyrənilməsi və müvafiq tədbirlərin hazırlanması məqsədilə Qazaxıstan, Rusiya və Türkmənistan ilə ikitərəfli işçi qrupları yaradılıb. Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi də ciddi təsir göstərir.Azərbaycanda iqlim dəyişikliklərinin Xəzər dənizinin ətraf mühitinə mənfi təsirinin minimuma endirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan bu çağırışlara sistemli yanaşaraq iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdırır”, - deyə Baş nazir bildirib.

Chosen
47
6
herbiand.az

7Sources