EN

Qeyri-neft-qaz sektorunun büdcə gəlirləri proqnozu 9%-ə yaxın üstələyib

Bakı. Trend:

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının57,7 faizini təşkil etməklə 5 milyard 533,7 milyon manat olub ki,bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faizçoxdur.

Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərindəqeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar,25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xəttiilə daxilolmalar, 3,0 faizini və ya 163,5 milyon manatını dövlətbüdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindəndaxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sairdaxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlətəmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Məqalədə:
Chosen
64
8
az.trend.az

10Sources