EN

Türkiyədə İstanbulun bələdiyyə sədri həbs olunub

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayon bələdiyyəsindətender, şəhərsalma və istismar icazəsi prosedurları ilə bağlırüşvət alındığı iddiası üzrə aparılan istintaq çərçivəsindəəməliyyat keçirilib.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, əməliyyatın gedişində 19 nəfər, o cümlədən,bələdiyyə sədri Onursal Adıgüzel polis əməkdaşları tərəfindənsaxlanılıb.

Müvafiq prosedurların aparılmasından sonra yerli məhkəmə onlarınbarəsində həbs qətimkan tədbiri seçib və şübhəlilər şöbədənistintaq təcridxanasına göndəriliblər.

Xatıradaq ki, bir müddət əvvəl İstanbul Baş Prokurorluğu,Ataşehir bələdiyyə sədri Onursal Adıgüzel, sədr müavinləri BirkanBirol Yıldız, Orhan Aydoğdu və Oğuz Kayanın rüşvət aldıqları barədədaxil olan məlumatlar əsasında “rüşvət alma”, “cinayət törətməkməqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma” və “tenderəmüdaxilə etmə” maddələri ilə cinayət işi açılmışdı.

Məqalədə:
Chosen
67
10
az.trend.az

10Sources