EN

Erməni saxtakarlıqlarının ifşası istiqamətində görülən işlər açıqlanıb

Bakı. Trend:

Erməni saxtakarlıqları və plagiatçılığının ifşası istiqamətindəgörülən işlər açıqlanıb.

Trend xəbər verirki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamranİmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətiləkeçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçiliksaxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turanhaqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri vəonların Qafqaz ilə əlaqələri” mövzusunda konfrans çərçivəsindəmediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xalq artisti ElmiraRəhimovanın ifa etdiyi “İntizar” mahnısı (musiqisi bəstəkar NüşabəMuradovaya, sözləri şair Südabə Şəfaya məxsusdur) erməni musiqinümunəsi kimi Artash Asatryanın ifasında “Ter Hisus Ari” adıaltında "YouTube" platformasında yerləşdirilib. Erməni ifaçı özünüsöz və musiqi müəllifi kimi təqdim edib.

“Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi, musiqisibəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusolan “Yeni il mahnısı” digər erməni müğənnisi Tiqran Asatryanınifasında “Qez Hamar” adı ilə "YouTube"da yerləşdirilib. Erməniqarmon ifaçısı Qagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyəyox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarınınmusiqisindən istifadə edərək popuri hazırlayıb və "YouTube"dayerləşdirib, lakin mahnıların adlarını və müəlliflərinigöstərməyib. Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan damusiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqəməxsus olan “Qal, sənə qurban” mahnısını mənimsəyərək ermənimahnısı kimi yunan dilində “Hara gedir” adı ilə ifa edib və"YouTube" platformasında yayıb.

Agentlik tərəfindən görülən tədbirlər nəticəsində bu kimi ermənioğurluqlarının qarşısı alınıb. Belə ki, Artash Asatryan, TiqranAsatryan, Qagik Stepanyan və Ovik Dəmirçyanın erməni nümunələrikimi təqdim etdikləri yuxarıda qeyd olunan ifalar "YouTube"platformasından silinib”.

Chosen
52
4
az.trend.az

5Sources