EN

Hörmüzdə ikinci gəmiyə də atəş açıldı - Böyük müharibənin astanasında?

Hörmüz boğazında strateji əhəmiyyətli sularda vəziyyət kritik həddə çatıb və növbəti gəmiyə silahlı hücum qeydə alınıb.

Musavat.com xəbər verir ki, Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) ikinci bir gəminin hücuma məruz qaldığı barədə təcili məlumat yayıb.

Hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir konteyner gəmisinə atəş açmasından qısa müddət sonra baş verib. Britaniya mərkəzi ikinci gəmiyə kimin atəş açdığını dəqiq göstərməsə də, beynəlxalq dairələrdə əsas şübhələr dərhal İranın üzərinə yönəlib.

Hücuma məruz qalan yük gəmisindən gələn məlumata görə, atəş açıldıqdan sonra gəmi suda hərəkətsiz vəziyyətdə qalıb, lakin hələlik hər hansı ciddi xəsarət və ya dağıntı barədə məlumat daxil olmayıb.

Bu hadisə regionda gəmiçilik təhlükəsizliyini ciddi sual altına qoyub və qlobal neft bazarında narahatlıqları artırıb. Hazırda hadisənin təfərrüatları araşdırılır və bölgədəki hərbi gərginlik artmaqda davam edir.

Musavat.com

Chosen
61
musavat.com

1Sources