EN

"O, Pirlo, Modriç, Kroos kimidir" - Fabreqas türk futbolçunu təriflədi

İtaliya Kubokunun 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində dünən səfərdə "İnter"ə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşan "Komo"nun baş məşqçisi Sesk Fabreqas Milan təmsilçisinin qələbəsində 2 qolla pay sahibi olan Hakan Çalhanoğludan danışıb.

Fanat.Az-ın məlumatına görə, ispan mütəxəssisin sözlərini tanınmış jurnalist Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Çalhanoğlu çox xoşuma gəlir. O, Pirlo, Modriç, Kroos kimidir... Belələri çox azdır. Onun performansına vurulmuşam. Bu səviyyədə olması inanılmazdır. Çalhanoğlu komandanı arxasınca aparır". 

"İnter" finalda "Latsio" - "Atalanta" cütünün qalibi ilə üz-üzə gələcək.

Toğrul

Chosen
41
1
fanat.az

2Sources