EN

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 60 milyon 122 minABŞ dolları təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 % azdır.Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 98,5 % azalaraq 1 milyon 99 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 76,2 % azalaraq 59 milyon 22 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,02 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.

Chosen
17
44
metbuat.az

10Sources