EN

Qazaxıstan Prezidenti Beynəlxalq Su Təşkilatının təsis edilməsi üzrə məsləhətləşmələrin anonsunu verib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astana, 22 aprel, AZƏRTAC

Beynəlxalq Su Təşkilatının təsis edilməsi təklifi ilə bağlı beynəlxalq məsləhətləşmələrin birinci mərhələsi Regional Ekoloji Sammit çərçivəsində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu Regional Ekoloji Sammitin plenar iclasında açıqlayıb.

Prezidentin sözlərinə görə, su ehtiyatları üzrə qlobal əməkdaşlıq regional səylərlə yanaşı, dünya üçün əsas prioritet olaraq qalır.

Kasım-Jomart Tokayev ötən ilin dekabr ayında Aşqabadda Birləşmiş Millətlər Təşkilatının agentliyi qismində Beynəlxalq Su Təşkilatının yaradılması təklifini irəli sürdüyünü xatırladıb. O, qeyd edib ki, bu təşəbbüs xüsusilə aktualdır, çünki Birləşmiş Millətlər Təşkilatı hazırda minlərlə mandatı nəzərdən keçirir, bu, qlobal idarəetmənin ardıcıllığını və effektivliyini gücləndirmək üçün fürsət yaradır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
1
azertag.az

2Sources