EN

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Naxçıvan Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Apasport.az xəbər verir ki, aprel ayının 25-də baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Zelim Tçkayev bürünc medalçı olub

AÇ: Hidayət Heydərov gümüş medal qazandı - YENİLƏNİB

Turan Bayramovdan bürünc: Günü 2 medalla tamamladıq

Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Balabəy Ağayev Avropa çempionatında finala çıxa bilməyib

Chosen
77
13
apasport.az

10Sources