ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) iki nümayəndəsini dəyişdirib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bunlar Şaitdin Əliyev və Validə Kazımovadır.
Onların adı MSK üzvü seçilmək üçün YAP-ın Milli Məclisə təqdim etdiyi namizədlər siyahısında yer almayıb.
Qeyd edək ki, Şaitdin Əliyev 1947-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və hüquqşünasdır. 2010-cu il iyunun 8-də Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qurumun sədr müavini olub.
Validə Kazımova 1949-cu ildə doğulub. İxtisasca hüquqşünasdır. 2000-ci ilin əvvəllərində Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib.
Əsmətxanım Rzazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.