EN

Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)

Bakı.Trend:

1986-cı il aprelin 26-da Ukrayna ərazisində yerləşən ÇernobılAtom Elektrik Stansiyasında baş verən partlayış və yanğın müasirtarixdə ən ağır texnogen qəzalar sırasında yer alır. Hadisənəticəsində stansiyanın dördüncü enerji blokunda yerləşən reaktorciddi zədələnib, nəzarətsiz zəncirvari reaksiya fonunda böyükhəcmdə radioaktiv maddələr atmosferə buraxılıb.

Trend xəbərverir ki, qəzanın ilk günlərində radiasiya buludu sürətlə genişəraziyə yayılaraq təkcə yaxın regionları deyil, Avropanın bir sıraölkələrini də əhatə edib. Bu proses bir neçə gün davam etsə də,radioaktiv çirklənmənin təsiri uzun illər ərzində hiss olunub.

Hadisə həm insan sağlamlığı, həm də ətraf mühit üçün ciddinəticələr doğurub, minlərlə insanın təxliyəsinə səbəb olmuş vəböyük ərazilər uzun müddət yaşayış üçün yararsız vəziyyətə düşüb.Çernobıl faciəsi sonradan nüvə təhlükəsizliyi sahəsində beynəlxalqyanaşmaların yenidən nəzərdən keçirilməsinə və daha sərt nəzarətmexanizmlərinin tətbiqinə təkan verib.

Aprelin 22-də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimaiBirliyinin üzvləri və Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevhadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızınümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yadedib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsiehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alimTamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək,ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanVətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər.

Ukrayna Səfiri Yuri Qusev Trend-ə açıqlamasında 40 il əvvəl baş vermiş Çernobılfaciəsinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılaraminnətdaralığını bildirib. Səfir həmçinin o dövrdə ümumilli liderHeydər Əliyevin xüsusi rolunu yad edib, ağır günlərdə xalqlarımızınnümayiş etdirdiyi birlik və qarşılıqlı dəstəyi yüksəkqiymətləndirib.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədriaçıqlamasında bildirib ki, 26 aprel 1986-cı ildə baş vermişÇernobıl faciəsindən 40 il ötür.

"Həmin fəlakətin hər detalı ağlımızdadır. 1990-cı ildəçernobılçılar artıq öz hüquqlarının müdafiəsi istiqamətində addımatmalı oldular. Bununla əlaqədar müvafiq qurumlara müraciət edildi.Nəticədə respublikada “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nınformalaşması zərurəti yarandı. Çernobılçılara güzəştlərlə bağlı ilkqərar 1990-cı ildə qəbul edilib. Sonrakı mərhələlərdə dəçernobılçılara güzəştlərlə bağlı qanunvericilik aktları tərtibedildi, lakin aktlar kifayət qədər çernobılçıların hüquqlarınımüdafiə edə bilmirdi. Bu səbəbdən hüquqlarımızla bağlı yeni qanunlayihəsinin təqdimatı zərurətini gördük. 1992-ci ildə həmin qanunlayihəsini təqdim etdik,lakin qanun layihəsinə qarşı çıxıldı.1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışıərəfəsində çernobılçılar olaraq ona müraciət ünvanladıq. Məhz UluÖndərin təşəbbüsü ilə həmin qanun layihəsi Milli Məclisdə 6 dekabr1993-cü ildə qəbul olundu. Qanunvericilik aktı Çernobıl qəzasındaiştirak etmiş və həmin qəza nəticəsində zərər çəkənlərin status vəsosial müdafiəsi haqqında qanundur. Bu qanun layihəsi çernolçılarınproblemlərinin həllində önəmli rol oynayır. Prezident İlhamƏliyevin 9 sentyabr 2008-ci ildə imzaladığı fərmanla Çernobıləlillərinə müharibə əlilləri kimi Prezident təqaüdü təyin edildi.Bu günədək Çernobıl əlillələri həm Prezident, həm də pensiyatəqaüdü ilə təmin edilir.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci ildə imzaladığıfərmanla şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitininyaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərgücləndirildi. Çernobıl əlilləri də bu fərmana aid edildi vəindiyədək 450 çernobıl ailəsi mənzillə təmin edilib. Ümumilikdəçernobıl əlillərinin sosial rifahının artırılması istiqamətindəatılan addımlar qənaətbəxşdir, həmçinin keçmiş SSRİ ölkələrindənçox fərqli və üstündür".

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyininüzvləri Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonrabirliyin Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümümünasibətilə tədbiri keçirilib.

Tədbirdə Respublika Çernobıl Əliləri İttifaqı Birliyinin sədriMirhəsən Həsənov və digər çernobılçılar, Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, AzərbaycanMilli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirakediblər.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədriMirhəsən Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Çernobılfaciəsindən sonra təxminən 2 mindən çox azərbaycanlı uşaq müxtəlifxəstəliklərlə dünyaya gəlib.

Onun sözlərinə görə, faciənin nəticələrinin aradan qaldırılmasıüçün 8 min 500-dən artıq azərbaycanlı prosesə cəlb olunub.

C. Xəlilov çıxışında bildirib ki, Azərbaycan dövləti Çernobılqəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənşəxslərə, xüsusilə bu prosesdə əlil olmuş insanlara daim diqqət vəqayğı göstərir.

“Azərbaycanlı çernobılçılara faciənin qarşısının alınmasındaiştirak etdikləri üçün təşəkkürümü bildirirəm. Belə faciə dünyaölkələrindən Yaponiya və Ukraynada olub. Çernobılçıların övladlarıda öz atalarının yolunu gedərək 44 günlük Vətən müharibəsindəiştirak ediblər”.

R. İskəndərli isə faciə nəticəsində sağlamlığını itirənşəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləbiləcək tədbirlərlə bağlı fikirlərini səsləndirib.

"Ümumilli lider Heydər Əliyevin Çernobıl qəzasının nəticələrininaradan qaldırılmasında iştirak edənlərin statusu, həmçinin sosialrifahının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsiüçün qanunvericilik çərçivəsinin müəyyən olunmasında böyükxidmətləri olub. İndidə Ümumilli Liderin həmin siyasəti davametdirilir. Bu ittifaq Azərbaycanda vətəndaş cəmiyyətininformalaşmasında aktiv rol oynayır.

İttifaq həmçinin Azərbaycanın ictimai-siyasi həyatşnda da aktivrol oynayır".

R.İskəndərli əlavə edib ki, iki gün sonra Mirhəsən Həsənovlabirlikdə Milli Qeyri Hökumət Təşkilatları Forumu olaraq ictimaidinləmə təşkil ediləcək. Bu, “Azərbaycan Çernobıl Əlilləriİttifaqı” İctimai Birliyinin silsilə tədbirlərinin davamı olaraqhəyata keçiriləcək.

Tədbirin sonunda "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimaiBirliyinin (İB) sədri Mirhəsən Həsənov səsvermə nəticəsində yenidənİB-in sədri seçilib. Birlik üzvləri yekdilliklə Mirhəsən Həsənovunnövbəti dəfə sədrliyi üçün səs veriblər.

Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Chosen
44
az.trend.az

1Sources