EN

Komitə sədri: Mərkəzi Bank sahibkarlar üçün bank kreditlərini mərkəzləşmiş kredit resursları vasitəsilə təqdim edir

BAKI, 22 aprel. TELEQRAF

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq. Maraqlı cəhət ondan ibarətdir ki, Mərkəzi Bank sahibkarlar üçün bank kreditlərini mərkəzləşmiş kredit resursları və monetar siyasət vasitəsilə təqdim edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün həm də sahibkarların özünün kredit təminatı ilə bağlı bir sıra problemlər var: "Bunun əsas səbəblərindən biri girov təminatı ilə bağlıdır. Maliyyə icarəsinin bir üstünlüyü də ondan ibarətdir ki, burada girov təminatı tələb olunmur. Sadəcə olaraq maliyyə lizinqinin obytektinin özü girov kimi çıxış edir. Bu mənada qeyd edirik ki, maliyyə icarəsi bu baxımdna alternativ maliyyələşmə mexanizmi kimi çıxış edir".

Chosen
40
6
teleqraf.com

7Sources