EN

Hörmüz boğazında iki gəmi ələ keçirildi və İran sahillərinə aparıldı

ain.az, Redaktor.az saytına istinadən bildirir.

SEPAH Hörmüz boğazında iki gəminin ələ keçirildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazında “MSC Francesca” və “Epaminodes” adlı iki ticarət gəmisinin saxlanıldığı və İran sahillərinə yönləndirildiyi qeyd olunub.

Məlumata görə, SEPAH gəmilərin izləmə sistemlərini manipulyasiya etdiyini və dəniz naviqasiya qaydalarını pozaraq təhlükə yaratdığını iddia edib.

Açıqlamada vurğulanıb ki, Hörmüz boğazında təhlükəsizliyin pozulması “qırmızı xətt” hesab olunur və bu addım ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada fonunda baş verib.

Qeyd edək ki, hadisə ABŞ Prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlamasından bir neçə saat sonra baş verib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
redaktor.az

2Sources