EN

“Diplomatik həll milli maraqlara uyğun olarsa mümkündür” İran XİN

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"ABŞ ilə diplomatik həll milli maraqlara uyğun olarsa, danışıqlar mümkündür".

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Bildirilib ki, Bəqayi İranın ABŞ ilə münasibətlərdə münaqişənin yalnız milli maraqlara uyğun olduğu halda diplomatik yolla həll ediləcəyini qeyd edib.

O vurğulayıb ki, diplomatiya İran üçün milli maraqların və təhlükəsizliyin təmin olunması vasitəsidir və Tehran bu istiqamətdə yalnız uyğun şərait yarandıqda addım atacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla atəşkəsi uzatdığını açıqlayıb və sülh təkliflərinin təqdim olunmasını gözlədiklərini bildirib.

Bəqayi əlavə edib ki, İran həm siyasi, həm də hərbi vəziyyəti diqqətlə izləyir və silahlı qüvvələr istənilən təhdidə qarşı hazır vəziyyətdədir.

O həmçinin Pakistanın vasitəçilik səylərinə görə təşəkkür edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
50
redaktor.az

10Sources