EN

Tramp atəşkəsi Müctəba Xameneinin cavabını gözlədiyi üçün uzadıb - KİV

ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəsi uzatmasının əsas səbəblərindən biri, Vaşinqton və vasitəçilərin son təklifə İranın Ali rəhbəri Müctəba Xameneidən cavab gözləməsi olub.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Pakistanın vasitəçilik səyləri ilə tanış olan regional mənbə və İsrail rəsmisi Trampın qərarının bu gözlənti ilə əlaqəli olduğunu bildirib.

Məlumata görə, Xameneinin cavabının bu gün təqdim ediləcəyi gözlənilir.

Qeyd olunub ki, Tehran daxilində danışıqların davam etdirilməsi məsələsində ciddi fikir ayrılığı var. Parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı dialoqu dəstəkləsələr də, SEPAH komandirləri ABŞ-nin blokadası davam etdiyi müddətdə hər hansı güzəştə qarşı çıxır.

Daşqın HəsənovMissiya.Az

Chosen
67
missiya.az

1Sources