EN

AFFA-dan 579 min manatlıq cərimə - Ən çox cəzalanan klub hansıdır?

Cari mövsümdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Premyer Liqa klublarına tətbiq etdiyi cərimələrin ümumi məbləği bəlli olub.

Teleqraf-ın əldə etdiyi məlumatına görə, klublar Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında baş verən intizam pozuntularına görə ümumilikdə 579 min 300 manat cərimə ödəyib.

Ən çox cərimələnən klub “Neftçi”dir. Bakı təmsilçisi son tura qədər AFFA-ya ümumilikdə 177 200 manat cərimə ödəyib. Ən az cərimələnən klub isə “Şamaxı”dır.

Klubların ödədiyi cərimə məbləğləri aşağıdakı kimidir:

“Neftçi” – 177 200 manat
“Qarabağ” – 83 100 manat
“Sabah” – 61 700 manat
“Kəpəz” – 61 400 manat
“Turan Tovuz” – 41 500 manat
“Sumqayıt” – 38 200 manat
“İmişli” – 28 500 manat
“Karvan Yevlax” – 23 800 manat
“Araz-Naxçıvan” – 22 900 manat
“Qəbələ” – 18 600 manat
“Zirə” – 12 100 manat
“Şamaxı” – 10 300 manat.

Chosen
22
teleqraf.com

1Sources