EN

Psixologiyanın nəbzi Bakıda: Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı başladı

Vətəninfo.az xəbər verir ki, bu gün Bakıda, Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı öz işinə başladı. Universitetin Psixologiya departamentinin təşkilatçılığı ilə keçirilən tədbir psixologiya sahəsində yerli və xarici alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirir.

İki gün davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlərin iştirakı ilə elmi məruzələr, panel müzakirələr, eləcə də praktiki workshop və təlimlər keçirilir. Tədbirin ilk günündə iştirakçılar psixologiyanın aktual problemləri, müasir yanaşmalar və yeni tədqiqat istiqamətləri ətrafında fikir mübadiləsi aparırlar.

Konfransın əsas məqsədi beynəlxalq elmi əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları təşviq etmək və psixologiya sahəsində bilik mübadiləsini genişləndirməkdir. Eyni zamanda tədbir Azərbaycanda psixologiya elminin və praktikasının inkişafına töhfə verməyə yönəlib.

Konfrans çərçivəsində klinik psixologiya, təhsil psixologiyası, sosial psixologiya, neyroelm, uşaq psixologiyası və digər istiqamətlər üzrə müzakirələr aparılır. Tədbir müxtəlif sahələr üzrə mütəxəssislər arasında fənlərarası əməkdaşlığın genişlənməsinə də imkan yaradır.

Qeyd edək ki, Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı 25 aprel tarixinədək davam edəcək və ikinci gün ərzində də müxtəlif elmi və praktiki sessiyalar təşkil olunacaq.

Tədbir iştirakçıları konfransın psixologiya sahəsində yeni ideyaların formalaşmasına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirirlər.

Chosen
28
veteninfo.az

1Sources