525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“2020-ci ildən başlayaraq qlobal iqtisadi sistem köklü transformasiya mərhələsinə daxil olub. Qloballaşmanın klassik modeli olan sərbəst bazarlarin dominantliği – dövlətin minimal müdaxiləsi – istehsalin çoğrafi optimallaşdirilmasi artıq əvvəlki effektivliyini itirməkdədir”.
Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, pandemiyalar, geosiyasi gərginliklər, sanksiyalar, hərbi əməliyyatalar, enerji və ərzaq təhlükəsizliyi məsələləri, texnoloji rəqabət və iqlim dəyişiklikləri dövlətin iqtisadiyyatda rolunu yenidən formalaşdırmaqdadır:
“Belə olan halda yeni dünyada dövlət özəl sektorun (bazarın) alternativi kimi çıxış etməli, yoxsa onun strateji tərəfdaşına çevrilməlidir? 1990–2010-cu illərdə üstünlük təşkil edən neoliberal yanaşma dövlətin iqtisadiyyatda rolunu əsasən tənzimləyici və nəzarət ediçi funksiyalarla məhdudlaşdırırdı. Bu model hesab edirdi ki, bazar resursları ən səmərəli şəkildə bölüşdürür, dövlət müdaxiləsi effektivliyi azaldır, qlobal inteqrasiya riskləri minimuma endirir. Buna uyğun da qloballaşma siyasəti, inteqrasiya modelləri qurulmuşdu”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.