EN

Neft sızmaları kosmosdan göründü - EKOLOJİ FƏLAKƏT

ABŞ və İsrailin İranla bağlı hücumları fonunda neft obyektləri və gəmilərə dəyən zərbələrin ciddi ekoloji nəticələrə səbəb olduğu bildirilir.

Day.Az xəbər verir ki, Avropa Kosmik Agentliyi-nin Sentinel peyklərinin qeydə aldığı görüntülərdə Fars körfəzi bölgəsində genişmiqyaslı neft sızmaları müşahidə olunub. 

Məlumata görə, sızmalar xüsusilə Hörmüz boğazı və Qeşm adası ətrafında qeydə alınıb. Bəzi sızma sahələrinin 8 kilometrdən çox yayıldığı, Lavan adası yaxınlığında isə neft obyektlərinə hücumdan sonra ciddi yanğın və kirlənmə yarandığı qeyd olunur.

Ekspertlər bunu "çevik ekoloji böhran" kimi qiymətləndirirlər.

Bölgədəki vəziyyət xüsusilə qorunan təbiət əraziləri üçün ciddi risk yaradır. Şidvar adası kimi biomüxtəliflik baxımından həssas zonalara neftin çatdığı, dəniz tısbağaları və quş populyasiyalarının təhlükə altında olduğu bildirilir.

Mütəxəssislər həmçinin balıqçılıq və içməli su sistemlərinin də zərər görə biləcəyini, təmizləmə işlərinin isə davam edən hərbi gərginlik səbəbilə olduqca çətinləşdiyini vurğulayırlar.

Chosen
76
4
day.az

5Sources