Aprelin 21-də baş vermiş texniki insidentlə əlaqədar operativ tədbirlər davam etdirilir.
Bu barədə “Yeni Sabah”a Bakı Metropolitenindən məlumat verilib.
Məlumata görə, Bakı metropolitenində saat 12:00-dan etibarən xətlər üzrə 28 cüt qatar fəaliyyət göstərir.
Yenilənmiş intervallar isə belədir:
“Əhmədli–28 May” istiqamətində 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib
“28 May–Dərnəgül” istiqamətində 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə azaldılıb
“28 May–İçərişəhər” istiqamətində isə intervallar 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə düşüb
Bildirilib ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.
Aytac Əliyeva
Telegram kanalımız